Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var
08 Noy 2019 16:18
187

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.   

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər