Azərbaycanda bir gündə yoluxanların sayı daha da azaldı
10 Avq 2020 17:05
325

Azərbaycanda bir gündə yoluxanların sayı daha da azaldı

Azərbaycanda yeni koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 2 vəfat edib.

Bu günə qədər ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513-dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər