Azərbaycanda bu avtomobillər bahalaşacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu avtomobillər bahalaşacaq - Açıqlama

Avto

07 Noyabr 2023 19:17 33096


“Rəsmi dilerlər vasitəsilə ölkəyə idxal olunan avtomobillərdə qiymət artımı yoxdur”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.

Ekspert avtomobil bazarında hazırkı vəziyyəti şərh edib: Dördpendirli pizza

“Yeni və rəsmi dilerlər vasitəsilə ölkəyə gətirilən avtomobillərdə heç bir bahalaşma müşahidə edilmir. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv olan şirkətlərdə qiymət artımı yoxdur, əksinə, bir çoxlarında endirimlər və sərfəli qiymətlər mövcuddur. İl sonu olduğu üçün əksər şirkətlərdə bir-birindən müxtəlif kampaniyalar həyata keçirilir. Bu həm də Zəfər Günü ilə bağlıdır”.

Eyyub Əliyev bahalaşmanın hansı avtomobillər əhatə etdiyini də açıqlayıb:

“Hazırda avtomobil bazarında bahalaşma mövcuddur. Bunun da bir sıra səbəbləri var. İkinci əl və boz diler vasitəsilə ölkəyə idxal olunan avtomobillərdə qiymət artımı müşahidə olunur. Bahalaşmanın ən əsas səbəbi isə aprel ayında qüvvəyə minən qərardır. Qərar zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycana gətirilməsini məhdudlaşdırır. Bu dəyişiklikdən sonra artıq ölkəyə 3-5 min manatlıq avtomobil gətirilmir. Buraxılış ili yeni olan avtomobillərin də qiymətinin əvvəlkilərə nisbətən yüksək olması normal haldır. Bu həm də ikinci əl avtomobillərin qiymətinə təsir göstərir”.

Ekspert insanları rəsmi dilerlərlə müqaviləsi olan şirkətlərdən avtomobil almağa səsləyib. O bildirib ki, bu həm sərfəli, həm də daha təhlükəsizdir. 

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!