Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşdı
10 Okt 2021 10:43
8443

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşdı

Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.

Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb "Aİ-95" markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.

İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, "Aİ-98" (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb. ("Trend")

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər