Azərbaycanda bu sektorda çalışanlar 3605 manat maaş alır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu sektorda çalışanlar 3605 manat maaş alır

Sosial

17 May 2022 18:00 958


2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib. 

Dövlət Statistika Komitəsindən (DSK) Yenisabah.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manat olub. pizza

Rəsmi məlumata görə. mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!