Azərbaycanda çörək yenidən bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çörək yenidən bahalaşacaq

Sosial

03 Mart 2022 18:36 2625


"Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb, Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ukraynanın ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcəyi nəzərə alınsa, bu, fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək:

"2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.  2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”. Marqarita pizza

Ekspert xatırladıb ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır:

"Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Təkcə ölkəmizin şimal bölgəsindəki əkin sahələrində Buğda ekilse iki il ölkəni tam buğda və un məhsulları ilə təmin edilə bilər. O ki, qala bütün ölkə ərazisində buğda əkile təsəvvür edin.Bugadani niye xaricdən almalıyıq.?
    4 years ago