Azərbaycanda COVID: 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID: 5 nəfər öldü

Sosial

02 Fevral 2023 17:54 746


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. pizza hut

İndiyədək ölkədə ümumilikdə 828 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 092 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834, bu günə qədər isə ümumilikdə 7 491 233 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!