Türkiyənin “İstanbul Altın Rafinerisi A.Ş.” şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində Bakırköyün Florya səmtində yerləşən villanın zirzəmisində 350 kiloqram qızıl aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, qızılın dəyərinin təxminən 2 milyard 330 milyon lirə olduğu bildirilir.
İddianaməyə əsasən, qızılların şirkətin anbarından çıxarılaraq villa zirzəmisinə daşındığı müəyyən edilib. Şirkət rəhbərliyi isə həmin qızılların “ailə mirası” olduğunu iddia edib. Marqarita pizza
Türkiyə prokurorluğu məsələ ilə bağlı çirkli pulların yuyulması, saxta ixrac və dövlətə qarşı dələduzluq ittihamları üzrə araşdırmaları davam etdirir./Bizim.Media
Telegram kanalımız