Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Marqarita pizza
Azərbaycanda indiyədək ümumilikdə 792 759 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.
Ölkədə son sutka ərzində 1 706, hazırkı dövrədək isə 6 892 285 test aparılıb.
Telegram kanalımız