Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Dördpendirli pizza
İndiyədək ölkədə ümumilikdə 791.604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781.394 nəfər müalicə olunaraq sağalıb, 9.672 nəfər vəfat edib. 538 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 806, bu günə qədər isə ümumilikdə 6 676 788 test icra olunub.
Telegram kanalımız