Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü - Foto

Sosial

23 Fevral 2023 00:17 546


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 167 nəfər müalicə olunaraq sağalıb, 10 108 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir. Dördpendirli pizza

Ölkədə son sutka ərzində 1 286, hazırkı dövrədək isə 7 517 428 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!