Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 449 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 183 nəfər müalicə olunaraq sağalıb, 10 111 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir. pizza
Ölkədə son sutka ərzində 1293, hazırkı dövrədək isə 7 518 121 test aparılıb.
Telegram kanalımız