Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

Sosial

18 Mart 2023 00:01 706


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 115 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, 10 151 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir. Dominos pizza

Ölkədə son sutka ərzində 820, hazırkı dövrədək isə 7 545 906 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!