Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

Sosial

05 Aprel 2023 18:21 664


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 403 nəfər müalicə olunaraq sağalıb, 10 193 nəfər vəfat edib, aktiv xəstə sayı 460 nəfərdir. pizza hut

Ölkədə son sutka ərzində 1732, hazırkı dövrədək isə 7 564 431 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!