Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - Foto

Sosial

14 Aprel 2023 22:45 783


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 82 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 022 nəfər müalicə olunaraq sağalıb, 10 026 nəfər vəfat edib, aktiv xəstə sayı 473 nəfərdir. pizza hut

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 574 219 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!