Azərbaycanda daha bir azyaşlı qızı ərə vermək istəyirlər   - Polis hərəkətə keçdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir azyaşlı qızı ərə vermək istəyirlər - Polis hərəkətə keçdi 

Sosial

07 İyun 2022 10:24 937


Azərbaycanda regionlardan birində daha bir erkən nikaha cəhd qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb:

“Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib. Düzü, buna inanmıram. Amma hər ehtimala qarşı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləyək”. Dominos pizza

Əldə etdiyimiz məlumata görə, iyunun 8-də baş tutacaq toy Sabirabad rayonu Qəzli kəndində olacaq. Bu artıq həmin kənddə ikinci erkən nikah cəhdidir.

K.Ağazadə Oxu.Az-a açıqlamasında məkanı təsdiq etməsə də, ehtimal verdiyini deyir:

“Əgər, doğrudan da, söhbətin eyni rayon və kənddən getdiyi təsdiqlənərsə, həmin rayonda aidiyyəti üzrə icra hakimiyyətində yaradılan komissiyanın üzvləri tam heyəti ilə dəyişdirilməlidir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!