Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - Foto
03 İyl 2020 12:56
307

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - Foto

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

Yenisabah.az bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

ATU-dan məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:

“Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”./Oxu.az

 

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər