Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - Foto

Sosial

04 Mart 2023 16:47 681


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 682 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 366 nəfər müalicə olunaraq sağalıb, 10 127 nəfər vəfat edib, aktiv xəstə sayı 189 nəfərdir. pizza hut

Ölkədə son sutka ərzində 1 415, hazırkı dövrədək isə 7 531 433 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!