Azərbaycanda daha bir vəkil koronavirusdan öldü
01 Dek 2020 16:42
414

Azərbaycanda daha bir vəkil koronavirusdan öldü

Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov vəfat edib.

Yenisabah.az bildirir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, Y.Seyidov COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, noyabrın 28-də tanınmış vəkil Tahir Əlirzayev də koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər