Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - Foto

Sosial

25 Fevral 2023 17:09 555


Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10 116 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir. pizza

Ölkədə son sutka ərzində 1 261, hazırkı dövrədək isə 7 521 187 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!