Azərbaycanda direktor müəllimi TƏHQİR ETDİ: “Ay eşşək...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda direktor müəllimi TƏHQİR ETDİ: “Ay eşşək...“ - Video

Sosial

06 Fevral 2022 13:03 1260


Göygöl rayonunda məktəb direkorunun müəllimi təhqir etdiyi əks olunan video yayılıb.

Yenisabah.az "publika.az"-a istinadən xəbər verir ki, görüntülər Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbdə çəkilib.

İddia olunur ki, məktəbin direktoru Vəfa Əmiraslanova Ramiz adlı müəllimi təhqir edir. pizza sifarişi

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb. Bu barədə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib:

"Günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarələr 5-günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq. Fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!