Azərbaycanda dövlət imtahanının “qiyməti” açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dövlət imtahanının “qiyməti” açıqlandı

Sosial

19 İyun 2022 12:41 1755


“Bəzi universitetlərin tələsinə baxın. Deməli, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan təki qəbul olum prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq”. 

Cebhe.info xəbər verir ki, bunu təhsil üzrə ükspert Elçin Əfəndi deyib.  

“Bundan əlavə bilirlər ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100% semestr imtahanlarında kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək. O kredit də universitetin büdcəsinə gedir. Beləliklə, hər iki halda qazanan universitetdir”,-deyə ovurğulayıb. Dominos pizza

Qeyd edib ki, IV kursa kimi bitəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirlər: 

“Bir də tələbələri illik təhsil haqları, kəsrlərlə vurmayın! Türkiyəyə arada baxın. Elə universitetləri var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsil haqqında Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!