“Azərbaycanda fırıldaqçılıq olduğuna görə düşünürük ki, xaricdə də eyni risklər ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda fırıldaqçılıq olduğuna görə düşünürük ki, xaricdə də eyni risklər ola bilər”

Sosial

14 Avqust 2025 15:06 756


“Azərbaycan vətəndaşları xaricdə daşınmaz əmlak aldıqları zaman həmin ölkənin bu sahəni tənzimləyən qanunlarını araşdırmalıdırlar. Bunun üçün onların dil, fiziki, texniki imkanları olmazsa, sözügedən ölkənin vəkil və ya hüquqşünaslarından istifadə etməklə, hüquqi yardım almaları vacib şərtdir".

Bunu “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov deyib.

O əlavə edib: "Belə hallarda vətəndaşlarımızın qarşılaşa biləcəkləri  Azərbaycanda da mövcuddur. Yəni fərdi ev, yaxud bina brdən çox alıcıya satıla bilər. Buna görə də risk əvvəlcədən qiymətləndirilməlidir. Marqarita pizza

Mülkiyyət sənədləri ilə bağlı, o cümlədən tikinti sənədləri, sərəncamlar və digər müvafiq icazələr bir çox xarici ölkələrdə də mövcuddur. Tikintilərin aparılma qaydası seçilən ölkənin qanunvericiliyinə əsasən dəyişir. Buna görə də yerli qanunvericiliyi bilən vəkillərin xidmətlərindən istifadə etmə daha məqsədəuyğundur. Amma sənədlərin düzgünlüyünün yoxlanılması elektron yolla da mümkündür.

Daşınmaz əmlak almaqla vətəndaşlıq məsələlərinin həlli bir çox ölkələrdə mümkündür. Bu əsasən, xarici ölkə vətəndaşlarının investisiya yatırımı ilə bağlı olur”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bu rəydədir: 

“Vətəndaşlarımızın müəyyən bir qismi xaricdə əmlak almağa üstünlük verməyə başlayıblar. Onların sayı azdır, amma məqsədləri investisiya qoyuluşudur.

Başqa bir qrup da Türkiyə və s. ölkələrdə övladlarının təhsil alması məqsədilə əmlak alır. Fikirləşirlər ki, təhsil dövrü bitəndən sonra həmin əmlak icarəyə verilər.

İstiqamət olaraq Türkiyə bizim vətəndaşları daha çox özünə cəlb edir. Həm yaxınlığı, həm də dilinin başa düşülməsi onların Türkiyəyə daha çox üstünlük verməsi ilə nəticələnir.

Türkiyədən daşınmaz əmlak alınmasında hər hansı leqal problem yoxdur. Hər bir vətəndaş oradan sərbəst ev ala bilir. Təxminən 2011-ci ildən Azərbaycan vətəndaşları Türkiyə əmlak bazarına meyllənib.

Xaricdə hər hansı bir daşınmaz əmlakın alınmasında risk yoxdur. Azərbaycanda qeyri-leqal əmlak və fırıldaqçılıq olduğuna görə düşünürük ki, xaricdə də eyni risklər ola bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!