Azərbaycanda hava ilə bağlı son durum açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava ilə bağlı son durum açıqlandı

Sosial

06 Dekabr 2023 09:52 405


Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi 6-da gecə saatlarından 8-13 m/s-dək zəifləyib. Dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb. Lənkəran-Astara zonasında intensiv olub. pizza hut

Düşən yağıntının miqdarı: Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!