Azərbaycanda karantinlə bağlı bu qayda sərtləşdirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda karantinlə bağlı bu qayda sərtləşdirilə bilər

Sosial

17 İyun 2022 08:45 1989


Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləri. Artıq dünyada sürətlə yayılan meymun çiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb.

Belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır. Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ölkəmizdə tam nəzarətdədir və bununla bağlı qabaqlayıcı tədbirlər görüləcək.

Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova "Xəzər Xəbər"ə bildirib ki, ümumiyyətlə isə koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa xaricdən gələn hər bir şəxsin karatinə alınması məsələsi də gündəmə gələ bilər. Dominos pizza

Onun sözlərinə görə, ümumiyyətlə yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.

Ekspert əlavə edib ki, belə olan halda qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!