Azərbaycanda koronavirus mənzərəsi: 7 nəfər sağaldı, 8 nəfər yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirus mənzərəsi: 7 nəfər sağaldı, 8 nəfər yoluxdu

Sosial

06 May 2022 16:59 152


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib. pizza sifarişi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!