Azərbaycanda KORONAVİRUS: Yoluxanların sayı yenə artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda KORONAVİRUS: Yoluxanların sayı yenə artdı

Sosial

30 İyun 2022 16:43 1242


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib. Dördpendirli pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 057, bu günə qədər isə ümumilikdə 6 964 085 test icra olunub. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!