9 Avqust - 05:41
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı,  28 nəfər öldü - Foto

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 28 nəfər öldü - Foto

Sağlamlıq

01 Dekabr 2021 18:40 1166


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 590 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib, aktiv xəstə sayı 25513 nəfərdir.

Ölkədə son sutka ərzində 12 565, hazırkı dövrədək isə 5 551 849 test aparılıb.Azərbaycanda son sutkada 1795 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!