Azərbaycanda koronavirusdan 2 nəfər öldü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 2 nəfər öldü 

Sosial

31 Dekabr 2023 23:25 577


Azərbaycanda son 20 gün ərzində (11-31 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb. 

COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.  Dominos pizza

İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib. 

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!