Azərbaycanda koronavirusdan 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 5 nəfər öldü

Sosial

20 Mart 2022 18:45 377


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Yeni Sabah"a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir. Sezar pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 956, ötən müddət ərzində isə ümumilikdə 6 666 040 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!