Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü   - STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü - STATİSTİKA

Sosial

08 Fevral 2023 19:44 711


Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 884 nəfər müalicə olunaraq sağalıb, hazırda 156 aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 830, bu günə qədər isə ümumilikdə 7 500 674 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!