Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü

Sosial

24 Fevral 2023 17:26 620


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib. 

İndiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.  Pepperoni pizza

Ölkədə son sutka ərzində 1205, hazırkı dövrədək isə 7 519 926 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!