Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - Foto

Sosial

11 Mart 2023 16:45 646


Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 906 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 548 nəfər müalicə olunaraq sağalıb, 10 143 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir. Dominos pizza

Ölkədə son sutka ərzində 808, hazırkı dövrədək isə 7 540 198 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!