Azərbaycanda koronavirusla bağlı bu tələb ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı bu tələb ləğv edildi

Sosial

24 May 2022 16:13 992


Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Yenisabah.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 

Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb: Toyuqlu pizza

"Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!