15 Avqust - 16:40
Azərbaycanda koronavirusla bağlı son statistika  - 7 nəfər öldü

Azərbaycanda koronavirusla bağlı son statistika - 7 nəfər öldü

Sağlamlıq

14 Yanvar 2022 18:44 1016


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8497 nəfər vəfat edib, aktiv xəstə sayı 7826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!