7 İyul - 01:36
Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Sağlamlıq

18 Mart 2022 18:42 1871


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb, 9 647 nəfər vəfat edib. 1 105 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 6 656 940 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!