Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto
23 May 2020 21:50
402

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 5912 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 265 067 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 3982 nəfər koronavirusa yoluxub. 49 nəfər ölüb, 2506-ı isə sağalıb. Hazırda 1427 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağırdır, 9 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Oxşar xəbərlər