Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto
27 May 2020 20:58
568

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4325 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 280 663 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 4568 nəfər koronavirusa yoluxub. 54 nəfər ölüb, 2897-i isə sağalıb. Hazırda 1617 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 71 nəfərin vəziyyəti ağırdır, 18 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Oxşar xəbərlər