Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto
01 İyn 2020 23:32
242

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4285 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 302 933 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 5662 nəfər koronavirusa yoluxub. 68 nəfər ölüb, 3508-i isə sağalıb. Hazırda 2086 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 93 nəfərin vəziyyəti ağırdır, 19 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Foto

Oxşar xəbərlər