Azərbaycanda nikahla bağlı qaydalar dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nikahla bağlı qaydalar dəyişir

Sosial

05 Aprel 2023 09:07 6146


Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Modern.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!