"Vətəndaş sağlığında orqanının bağışlanması barədə rəyini bildirməlidir".
Bunu Yenisabah.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Prezident İlham Əliyevin fərmanına əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib. Ölkədə orqana ehtiyacı olan və növbə gözləyən xəsətələrin intizarına bu qanun son qoyacaqmı və onun icrası istiqamətində hansı addımlar artıq atılıb? Marqarita pizza
Mövzu ilə bağlı deputat bildirib ki, qanunun tətbiqi ilə bağlı irəliləyiş var.
“Artıq orqan bağışlanması və orqanların transplantasiya haqqında mükəmməl qanun var. Həmçinin, qanunun tətbiqi ilə bağlı irəliləyiş. İndi orqan bağışlanması istiqamətində mexanizmlər hazırlanır. Amma kifayət qədər maarifləndirmə işləri aparmalıyıq ki, dünyasını dəyişən insanın orqanlarını götürmək mümkün olsun. Çünki qanuna görə, vətəndaş sağlığında orqanının bağışlanması barədə rəy bildirməlidir. Əgər rəyi bildirilməyibsə birinci dərəcəli qohumları, yəni arvadı və ya övladları bu barədə qərar verə bilər".
Komitə sədri qeyd edib ki, Azərbaycan mentaliteti bu məsələlərə hələ hazır deyil.
“Bununla bağlı ölkədə tanınmış şəxslər başqalarına nümunə olmalı və onlar orqanlarının bağışlanması çağırışı ilə vətəndaşlara müraciət etməlidir. Həm də orqan bağışlanmasının hüquqi əsasları tam oturuşmalıdır. Orqanı götürmək, onu saxlamaq və s. tam həyata keçirilmək hələlik mümkün deyil. Bu təcrübə və alt struktur yaradılmayıb. Həmin işlə məşğul olacaq klinikalar müəyyənləşdirilməli, elektron baza formalaşdırılmalıdır. Amma qanun artıq qəbul olunub, necə deyərlər, qatar yola düşüb. Yəqin ki, sadalanan məsələlər qısa müddətdə öz həllini tapacaq”.
Cavad Salmanlı
Telegram kanalımız