28 May - 17:09
Azərbaycanda pensiya yaşı azaldılır?  - “Yaxın vaxtlarda...” - Video

Azərbaycanda pensiya yaşı azaldılır? - “Yaxın vaxtlarda...” - Video

Sosial

28 Yan 2022 15:28


Azərbaycanda 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üçün 63 il olacaq.

Hazırda ölkə əhailisinin 12 faizi pensiya alır. Bununla bağlı başqa ölkələrdə vəziyyət necədir? Azərbaycanlılar ölkədə pensiya yaşının yüksək olması ilə bağlı gileylərində nə dərəcədə haqlıdırlar?

İqtisadçı-ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında deyib ki, Avropa ölkələrində demoqrafiyanın zəif olması pensiya yaşının artırılmasına rəvanc verdi:

“Son 15-20 ildə təqaüd yaşının artırılması ilə bağlı dünyada da bir trend var idi. Bəzi ölkələrdə qərarlar qəbul olundu. Və bu məsələ əsasən Avropada etirazlar doğururdu. Orada bunun obyektiv səbəbi var idi. Demoqrafik basqı vardı.

Demoqrafiyanın zəifliyi, iş yerləri ilə bağlı problemlərin yaşanması, əhalinin yaşlanması təqaüd yaşının artırılmasına rəvanc verirdi.

Bəzi ölkələrdə - Yunanıstanda, Fransada, İtalyada, Portuqaliyada, İspaniyada bir çox başqa Avropa ölkələrində təqaüd yaşı artırıldı. Doğuşun az olması, əhalinin yaşlanması məcburən bu addımın atılmasına səbəb oldu”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da trendə uyğun olaraq təqaüd yaşını artırdılar:

“Bu doğru deyildi. Çünki bizdə Avropa ölkələrində olan o problem yoxdur. Dinamik gənc nəsil var. Ölkə əhalisinin 67 faizi indinin özündə belə 40 yaşından aşağıdır. Yəni kifayət qədər dinamik bir nəsil var. Bizdə demoqrafik problem olmadığına görə, pensiya yaşının artırılması doğru deyil.

Dünyada gedən trendlərə uyğun olaraq, Azərbaycan hökuməti də buna bənzər addımlar atır. İndi isə yeni müzakirələr başlayıb. Bəlkə də təqaüd yaşını yenidən aşağı çəkmək, təqaüdə çıxmaq üçün şərtləri yumşaltmağa ehtiyac var . Mümkündür ki, yaxın vaxtlarda təqaüdə çıxmaqla bağlı yeni dəyişikliklər olsun”.

Nəzrin Vahid 


Youtube kanalımız


Digər xəbərlər