Azərbaycanda polis ürəyindən bıçaqlandı

Azərbaycanda polis ürəyindən bıçaqlandı
Noy 20, 2019 18:31
Oxunma sayı: 306

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.

Faktla bağlı araşdırma aparılır. /APA

Yenisabah.az