Azərbaycanda qış yenidən sərt üzünü göstərdi: Yağış, qar, iliyə işləyən şaxta...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qış yenidən sərt üzünü göstərdi: Yağış, qar, iliyə işləyən şaxta...

Sosial

16 Fevral 2024 13:17 1116


Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Şabran, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Qobustanda yağış yağır. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Xaltan, Qrız, Şahdağla bərabər hazırda Daşkəsən, Altıağac, Quba, Qusar ərazilərinə də qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 8, Aran rayonlarında 8, dağlıq ərazilərdə 2 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxtadır.  pizza

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 18-i gündüzədək davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!