Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto
04 İyl 2020 21:55
310

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6846 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 509 811 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 19 801 nəfər koronavirusa yoluxub. 241 nəfər ölüb, 11 291-i isə sağalıb. Hazırda 8269 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 342 nəfərin vəziyyəti ağırdır, 61 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər