Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub,   1 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Sosial

28 Aprel 2022 16:53 202


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 108 nəfər aktiv xəstə sayını təşkil edib. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 088, bu günə qədər isə ümumilikdə 6 808 651 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!