Azərbaycanda söz azadlığı varmı? – Mülahizələr…

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda söz azadlığı varmı? – Mülahizələr…

Sosial

26 Aprel 2022 13:04 1066


Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.

Azərbaycanda da fikir, söz və məlumat azadlığı, plüralizm hər zaman gündəmdə olub. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Yenisabah.az-a danışan “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ölkədə fikir və söz azadlığında ciddi bir problem görmür: Marqarita pizza

Atılan addımlar söz azadlığının məhdudlaşdırılması demək deyil

“Xüsusilə də qanunvericilik baxımından bu özünü göstərir. Bildiyiniz kimi, qanun da dəyişdirildi, Media haqqında yeni qanun qəbul olundu, köhnə qanundakı çatışmazlıqlar aradan qaldırıldı. Qanunvericilik nöqteyi-nəzərindən ifadə azadlığı üçün heç bir problem görmürəm. 

Əslində, reallıqda da ciddi bir problem yoxdur, sadəcə olaraq medianın daha etik və qanuni çərçivədə tənzimlənməsi üçün atılan addımlar, yaradılmış şərait bəziləri üçün söz azadlığının məhdudlaşdırılması kimi görünsə də, real vəziyyət tamam fərqlidir və bu şərhlər doğru deyil. Ona görə ki, medianın azadlığı onun etik və qanuni çərçivələrə daha çox uyğunluğu ilə ölçülür, nəniki onun tamamilə başlı-başına buraxılması”.

Problemlər var, amma...

A. Quliyev əlavə edib: “Konkret desəm, nə qanunvericilik müstəvisində, nə də praktikada söz azadlığı üçün ciddi bir problem görmürəm. Amma medianın inkişafı nöqteyi-nəzərindən problemlər var. 

Birinci növbədə, onu deyim ki, Azərbaycanın original inkişaf yoluna malik olan bir dövlət olduğunu nəzərə alsaq, bizim ölkəmizdə medianın inkişafına dövlətin iqtisadi dəstəyi gücləndirilməlidir. Hər növ medianın, istər virtual, istər audio-vizual, istərsə də çap mediasının inkişafına dövlətin iqtisadi dəstəyi gücləndirilməlidir”.

O cümlədən müsahibimiz bu praktikada mövcud olması gərəkən yeni strategiyalardan da danışıb:

“İkincisi, daha müstəqil fəaliyyətin təmin olunması üçün medianın qeyri-dövlət iqtisadi maliyyə mənbələrinə çıxışı genişləndirilməlidir və bunu təşviq edən yeni mexanizmlər tətbiq olunmalıdır. Məsələn, reklam bazarına çıxış imkanlarının genişləndirilməsi pis olmazdı. Ancaq reklam bazarına çıxış imkanlarının yaxşılaşdırılması bəzilərinin dediyi kimi, heç də mediaya dövlətin maddi dəstək mexanizmini əvəz etməməlidir. Bunların hər biri olmalıdır, yəni həm dövlətin dəstəyi, həm də reklam bazarına daha geniş çıxış imkanı olmalıdır”.
 
Tanınmış jurnalist, həmçinin, media orqanlarının informasiya mənbələrinə bir başa çıxışı yolunda maneələrin olmasından da gileylənib:

Onlar ünsiyyətə keçməkdən imtina edirlər

“Açıq deyək ki, bizim dövlət məmurlarının demək olar ki, heç də hamısı media ilə lazımi səviyyədə əməkdaşlıq etmirlər. Son vaxtlar dövlət orqanlarının mətbuat xidmətləri və yaxud da ki, ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətində xoşagəlməyən bir tendendsiya əks olunub. Yəni mən buna qapalılığın yeni bir forması deyərdim. 

Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətində qapalılığın yeni bir forması yaranıb. Bu da o deməkdir ki, bu qurumlar tərəfindən hər hansı bir hadisəylə bağlı press-reliz yayımlanır və sonradan ictimaiyyətlə əlaəqlər və yaxud da ki, mətbuat xidmətinin nümayəndələri, hətta rəhbərləri media ilə canlı ünsiyyətə keçməkdən imtina edirlər. Sanki yayılmış press-relizin mətnindən yeni sualların çıxa biləcəyini bu başdan istisna edirlər. Bu, çox pis və ziyanlı bir praktikadır. 

Lakin bu nöqteyi-nəzərdən işini yaxşı quran dövlət orqanlarının mətbuat xidmətləri də var. Məsələn, DİN-in mətbuat xidməti press-relizləri yazmaqla bərabər onların əməkdaşları media orqanları ilə istənilən vaxt canlı ünsiyyətə də gedirlər ki, bu da onların işini həm göstərmək, həm də medianın işini asanlaşdırmaq baxımından çox əhəmiyyətlidir. Amma təəssüf ki, bunu heç də bütün dövlət orqanlarının mətbuat xidmətləri haqqında demək olmaz”.

“Bir sözlə, qanunvericilikdə, eləcə də praktik icrada və tətbiqdə söz azadlığı üçün problem yoxdur. Sadəcə medianın daha geniş inkişaf perspektivlərinə çıxması yolunda müəyyən maneələr var. Bu maneələr də dövlətin iqtisadi və dəstək mexanizminin daha da gücləndirilməsi, reklam bazarına çıxışın genişləndirilməsi və dövlət orqanlarının mətbuat xidmətlərinin timsalında informasiya mənbələrinə birbaşa çıxış imkanlarının artırılması ilə bağlıdır”, - deyə həmsöhbətimiz bildirib.
 
 “Yeniçağ” saytının baş redaktoru Aqil Əlsəgər isə düşünür ki, ölkədə nə qədər media, söz və fikir azadlığına əhəmiyyət verilərsə, jurnalistlər və insanlar üçün daha çox azadlıq tələb olunacaq:

Sizin söz və azadlıq sərhədləriniz mənim söz və azadlığımın sərhədlərində dayanırsa...

“Ancaq beynəlxalq təcrübə var və burada açıq şəkildə görünür ki, sizin söz və azadlıq sərhədləriniz mənim söz və azadlığımın sərhədlərində dayanır. Bu gün bizdə daha çox bu məsələ Qərb təşkilatları tərəfindən gündəmə gətirilir, lakin Qərbin özündə belə bununla bağlı məhdudiyyətlər var. Belə ki, bu nümunələr də ortadadır. 

Yəni, əgər bir məsələdə dövlətin maraqları varsa və dövlət maraqlarına söz və fikir azadlıqlarıyla bağlı təhlükə yaranırsa, əlbəttə ki, burada artıq tendensiya dəyişir. Çünki dövlət maraqları hər yerdə üstünlük təşkil etməlidir. ABŞ-da, Almaniyada və ya Fransada dövlət maraqlarının ön planda verilməsinə baxmayaraq, bizdən bunun tam əksini tələb edirlər”.

O, həmçinin, İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə də toxunub:

Azərbaycana qarşı “peşkalıq” edənlər

“Azərbaycan yeni bir müharibədən çıxıb. Lakin yeni bir müharibədən çıxmaq bizi başqa bir müharibənin digər bir mərhələsinə gətirib çıxarıb. Əslində, Azərbaycan bu gün yeni bir idealoji müharibə aparır. Çox təəssüf ki, biz qonşularımızı seçə bilmədiyimizə və qonşularımız da Azərbaycana qarşı olan qüvvələrin “peşkalığını” etdiyinə görə, Azərbaycan jurnalistikası da bu məsələdə öz prinsipləri ilə çıxış etməlidir”.

Müsahibimiz əmindir ki, bu idealoji müharibədə bizim atdığımız addımlar son mərhələdə bumeranq təsiri verə bilər:

“O baxımdan, bəli, Qərb institutlarının söz azadlığı ilə bağlı müəyyən təklifləri ola bilər və əlbəttə ki, bunlar da dəyərləndirilməlidir. Lakin öz siyasətimiz olmalıdır və bu siyasətə əsasən çalışmalıyıq. Burada dövlət, milli və xalqın maraqları bunu özündə ehtiva etməlidir. Heç kim demir ki, problemlər varsa, problemlər deyilməməlidir, xeyr! 

Bunu Prezidentin özü belə dəfələrlə deyib. Jurnalistikayla bağlı problemlər varsa, əlbəttə ki, bu problemlərin də üzərinə gedilməlidir. Lakin kritik situasiyalarda və idealoji məsələlərdə yoxdursa belə, öz standartlarımızı inkişaf etdirməliyik. İndi media haqqında qanun var və nəzərinizə çatdırım ki, 1999-cu ildən bu tərəfə qanun dəyişməmişdi. 
Amma dediyim kimi, qanunlar lazımdır, lakin Azərbaycan jurnalistikası da artıq bir təcrübə keçib. Bizim də Azərbaycanın müstəqilliyi qədər bir yaşımız var. Hesab edirəm ki, bu təcrübə də Azərbaycan mediasının inkişafı üçün önəmli rol oynayacaq”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!