Azərbaycanda taksi qiymətləri   BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda taksi qiymətləri BAHALAŞDI

Sosial

18 Dekabr 2023 23:09 1643


Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər.

Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir. Marqarita pizza

"Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir. /Sputnik


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!