Azərbaycanda tanınmış şair vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış şair vəfat etdi - FOTO

Hadisə

15 Fevral 2026 10:39 4806


Şair Musa Ələkbərli vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Şair Zığ qəbiristanlığında dəfn olunacaq. Dördpendirli pizza

Yaxınlarının verdiyi məlumata görə, vida mərasimi mərhumun yaşadığı ünvanda - Əhmədli qəsəbəsi, Fətəli xan Xoyski küçəsi 157 ünvanında baş tutacaq.

Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.

Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib.

Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. “Pərvanə ” ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. “Məndən şer istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və s. kitabların müəllifi olub. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. “Şur” nəşriyyatının direktoru vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nilufər
    Allah rəhmət eləsin!
    3 months ago