Azərbaycanda “TikTok”a qadağa qoyula bilərmi?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “TikTok”a qadağa qoyula bilərmi? - AÇIQLAMA

Sosial

21 Aprel 2022 22:07 774


"Təkcə Azərbaycanda deyil, bütün dünyada sosial şəbəkə seqmentində xaos hökm sürür, lakin qadağalar problemin həlli yolu deyil. Əgər Azərbaycanda "Tiktok" və ya digər sosial şəbəkələrə giriş məhdudlaşdırılarsa, beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlər bunu insan hüquqlarının pozulması kimi qiymətləndirərlər. Bu, ölkəmiz üçün əlavə problemlər yarada bilər".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, sosial şəbəkələrdən doğru-düzgün istifadəni təbliğ etmək üçün ciddi maarifləndirmə işləri aparmalıdır: "Bunun üçün xüsusilə tədris müəssisələrində, orta məktəb və universitetlərdə, eləcə də televiziya kanallarında, müvafiq olaraq, təbliğat xarakterli tədbirlər keçirilməli, proqramlar təşkil edilməlidir. Sosial şəbəkələrin mənfi və müsbət cəhətləri uşaqlar və gənclərə düzgün aşılanmalıdır. Onu da qeyd edim ki, insanların sosial şəbəkələrdən pul qazanmaq istəyini onların sosial vəziyyəti ilə əlaqələndirmək doğru deyil. Yəni, sosial rifah səviyyəsinin aşağı olması hansısa əxlaqsız davranış üçün əsas olmamalıdır. Belə asan yola qaçmaq düzgün deyil. Sosial vəziyyəti pis olduğu üçün "Tiktok" kimi sosial şəbəkələrdə məhz əxlaq kodekslərinə zidd paylaşımlar etməklə pul qazanmaq haqlı seçim deyil. Sosial vəziyyəti yaxşı deyilsə, iş tapsın, işləsin və vəziyyətini yaxşılaşdırmağa çalışsın. Hər kəs düzgün yol tutmağa cəhd etməlidir"./Pravda.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!